BAKI, 15 sentyabr. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi rejim tərəfdarlarını hakimiyyətyönlü mitinqlərində iştiraklarını davam etdirməyə çağırıb.

Teleqraf xəbər verir ki, o, bu cür aksiyaları silahlı qüvvələr üçün “etibarlı dayaq” adlandırıb.

Musəvi ki, hakimiyyətyönlü aksiyalar keçmiş ali rəhbər Əli Xameneinin qisasının alınması və hazırkı ölkə lideri Müctəba Xameneiyə itaət məqsədi daşıyır.

O, rejim tərəfdarlarını hakimiyyətə və silahlı qüvvələrə dəstək verməyə, Müctəba Xameneinin göstərişlərini nümunə götürməyə çağırıb.