BAKI, 31 oktyabr. TELEQRAF

İran ABŞ-nin regionda yeni avantüraya əl atacağı təqdirdə müharibənin coğrafiyasını genişləndirəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya bildirib.

“Əgər ABŞ Prezidenti Donald Tramp İsraili öz tərəfinə çəkərək regionda növbəti avantüraya əl atarsa, müharibənin alovu daha geniş coğrafiyanı cənginə alacaq və müharibənin nə zaman başa çatacağı onun əlində olmayacaq”, - o, X sosial şəbəkəsində yazıb.

Əkrəminiyanın sözlərinə görə, ABŞ Prezidentinin “diplomatiyaya xəyanətdəki qaranlıq keçmişi”ni nəzərə alan İran ordusu qarşı tərəfin səylərinə etibar etmir və döyüş hazırlığını fasiləsiz gücləndirir.

O əlavə edib ki, İran ABŞ-nin regiondakı fəaliyyətini diqqətlə izləyir.