BAKI, 19 avqust. TELEQRAF

“İran İslam Respublikası ilə ABŞ arasında birbaşa danışıqlar aparılmayıb”.

Teleqraf xəbər verir ki, bu barədə “Fars” agentliyinin mənbəsi ABŞ-nin İranla danışıqların növbəti bildirişədək dayandırılması barədə açıqlamasına münasibət bildirərkən deyib.

“İslamabad anlaşma memorandumunun ABŞ tərəfindən pozulmasından sonra Vaşinqtonla danışıqlar dayandırılıb. Son danışıqların da ABŞ ilə heç bir əlaqəsi yoxdur”, - İran rəsmisi agentliyə bildirib.

Mənbə əlavə edib ki, Hörmüz boğazı üzrə danışıqlar Omanla aparılır.