BAKI, 18 avqust. TELEQRAF

“İsrail İranla bağlı məsələlərdə ABŞ-yə güvənməməlidir, buna görə də həm müdafiə, həm də hücuma hazır olmalıdır”.

Teleqraf xəbər verir ki, bunu İsrail ordusunun ehtiyatda olan general-mayoru Uzi Dayan deyib.

“İranla bağlı bütün məsələlərdə amerikalılara arxalana bilmərik, ancaq özümüzə güvənməliyik. Biz Hörmüz boğazı və ya neftin qiyməti üçün yox, öz mövcudluğumuz uğrunda döyüşürük. Buna görə də həm müdafiə, həm də hücum baxımından tam hazır olmalıyıq. Vəziyyət hər an dəyişə bilər”, - israilli general vurğulayıb.