BAKI, 18 avqust. TELEQRAF

İraq Baş naziri Əli əl-Zeydi İrandan Kürd Muxtariyyətinin baş naziri Məsrur Bərzaninin və regional Təhlükəsizlik Xidmətinin ofislərinə İrandan dron hücumlarını pisləyib.

Teleqraf xəbər verir ki, bu barədə İraq Baş nazir Administrasiyası məlumat yayıb.

Əl-Zeydi məsələni Bərzani ilə telefon danışığı zamanı müzakirə edib.

İraq Baş naziri dron hücumunu kəskin şəkildə pisləyərək bildirib ki, bu hücumlar ölkənin təhlükəsizliyini və sabitliyini hədəfə alıb. O vurğulayıb ki, Kürd Muxtariyyətinin təhlükəsizliyinə təcavüz İraqın milli təhlükəsizliyinə təcavüz deməkdir.

Əli əl-Zeydi İraq hökumətinin ölkə ərazisinə, dövlət qurumlarına və vətəndaşlarına qarşı istənilən hücumu qətiyyətlə rədd etdiyini, İraqın təhlükəsizliyinin və suverenliyinin qorunmasında səhlənkarlığa yol verilməyəcəyini vurğulayıb. Əlavə edib ki, məsul qurumlar bu hücumlarla bağlı araşdırma aparacaq və onların təşkilatçıları qanun əsasında məsuliyyətə cəlb ediləcəklər.

Məsrur Bərzani də ölkənin təhlükəsizliyi və sabitliyinin gücləndirilməsi, eləcə də vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə İraqın mərkəzi hökuməti ilə Kürd Muxtariyyətinin rəhbərliyi arasında koordinasiya və əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.