BAKI, 17 avqust. TELEQRAF
ABŞ və İran 60 günlük atəşkəs rejiminin uzadılması barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” mənbələrə istinadla məlumat yayıb.
Kanalın mənbələri bildiriblər ki, İran və ABŞ arasında 60 günlük atəşkəsin uzadılması ilə bağlı razılaşma üzrə məlumat daxil olub.
Qeyd edilib ki, iki ölkə arasında iyun ayında İslamabadda imzalanmış anlaşma memorandumunda nəzərdə tutulan son tarix bu gün bitir.