BAKI, 10 avqust. TELEQRAF

İran parlamentinin 63 deputatı hökumətin “Ölkənin kiberməkanının xüsusi təşkili və idarə olunması üzrə xüsusi qərargah” ilə bağlı qərarına etiraz edərək, bu sahədə Prezident Məsud Pezeşkianın səlahiyyətlərinin genişləndirilməsinə qarşı çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, deputatlar Konstitusiyanın Mühafizəsi Şurasından sözügedən qərarın müvafiq aspektlər üzrə araşdırılmasını tələb ediblər.

“Deputatların etirazının əsas məqamı ondan ibarətdir ki, hökumət və Pezeşkian bu yolla öz səlahiyyətlərini çoxsaylı dövlət qurumları, təşkilatlar və kiberməkana şamil oluna biləcək qədər genişləndirə bilməz. Bunun üçün belə səlahiyyətlərin qanuna və ya daha yüksək səviyyəli etibarlı hüquqi icazəyə əsaslanması tələb olunur”, - yerli KİV yazıb.