BAKI, 5 avqust. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) terror təşkilatı PKK-nın tərksilah edilməsi üçün parlamentə xüsusi qanun layihəsi təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə AKP-nin parlamentdəki fraksiyasının sədri Abdullah Güler bildirib.
Məlumata görə, 12 maddədən ibarət bu sənədi təxminən 360 deputat imzalayıb və layihə üzrə səsvermənin avqustun 7-də keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, PKK-nın ləğvi prosesi 2025-ci ildə həbsdə olan lideri Abdullah Öcalanın çağırışı ilə başlayıb. Həmin ilin mayında təşkilat özünü buraxmaq qərarı alıb, iyul ayında isə İraqın şimalında silahların təhvil verilməsi prosesinə başlanılıb.