BAKI, 31 iyul. TELEQRAF
Fələstinin HƏMAS Hərəkatının təchizat məsələlərinə cavabdeh nümayəndəsi Məhəmməd əl-Əbd İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyat zamanı öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Əməliyyat zamanı HƏMAS-ın komandirlərindən biri Əhməd Müin Məhəmməd əl-Ənqarın da zərərsizləşdirildiyi bildirilib.