BAKI, 30 iyul. TELEQRAF
İsrail Baş naziri Benyamin Netanyahu İran hakimiyyətinin nə vaxt devriləcəyini dəqiq proqnozlaşdıra bilməyəcəyini, amma bunun gec-tez baş verəcəyinə inandığını söyləyib.
Teleqraf xəbər verir ki, İsrail hökumətinin başçısı bu barədə “ABC News” telekanalına müsahibəsində danışıb.
Netanyahu bildirib ki, İran rejimi hazırda indiyədək olduğundan daha zəif olsa da, hələlik devrilmə ərəfəsində olduğunu demək mümkün deyil.
Baş nazir həmçinin xəbərdarlıq edib ki, əgər İran İsrailə hücum etsə, bu, çox təhlükəli səhv olacaq. Onun sözlərinə görə, İsrail buna çox sərt cavab verəcək.
Netanyahu vurğulayıb ki, özü ilə ABŞ Prezidenti Donald Trampın ortaq məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
“Əgər bu baş versə, dünya tamamilə fərqli olacaq”, - İsrail hökumətinin başçısı əlavə edib.