BAKI, 30 oktyabr. TELEQRAF

Venesiya Metropoliten Bölgəsinin materik hissəsindəki Mestre şəhərində hökumət əleyhinə mitinq iştirakçıları ilə toqquşmalar zamanı azı yeddi polis əməkdaşı yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yürüş marşrutu boyunca kordonu yarmağa çalışan etirazçıları geri itələyərkən yüngül xəsarətlər alıblar.

Nümayişlər eyni vaxtda İtaliyanın onlarla şəhərində keçirilir. Təşkilatçılar Turində 50.000, Neapolda 20.000 və Milanda 10.000 iştirakçının olduğunu bildirirlər.

Məlumata görə, İtaliyada tətilə ən azı 1,5 milyon insan qoşulub.