MİNGƏÇEVİR, 30 oktyabr. TELEQRAF

Mingəçevirdə 42 yaşlı kişi aldığı ağır bıçaq xəsarətindən sonra ölüb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Günəşli yaşayış massivi ərazisindəki fərdi təsərrüfatda baş verib.

1984-cü il təvəllüdlü şəhər sakini ürək nayihəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.