BAKI, 30 oktyabr. TELEQRAF
Himalay dağlarının Uttarakhand əyalətində qəzaya uğrayan helikopterdə olan altı nəfərin hamısı həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
Ölənlər arasında pilot və beş sərnişin də var. Helikopter Uttarakhandın ən məşhur hindu məbədlərindən birinin yerləşdiyi Badrinat şəhərindən havaya qalxıb.
Ştat hakimiyyət orqanlarının məlumatına görə, qəza duman və güclü yağış da daxil olmaqla əlverişsiz hava şəraitində baş verib. Qəza yerindən cəsədlərin çıxarılması əməliyyatı davam edir.