BAKI, 30 oktyabr. TELEQRAF
ABŞ-nin Atlanta şəhərində keçirilən G20 Xarici İşlər Nazirlərinin görüşündən öncə ənənəvi birgə foto çəkilişi baş tutmayıb.
Teleqraf xəbər verir ki, buna səbəb diplomatların Rusiya xarici işlər naziri Sergey Lavrovla şəkil çəkdirməkdən imtina etmələri olub.
Sammit birgə foto çəkdirilmədən başlayıb.
"Associated Press" (AP) xəbər agentliyi ABŞ rəsmilərinə istinadən bildirib ki, bəzi avropalı diplomatlar Rusiya xarici işlər naziri Sergey Lavrovla eyni kadrda görünmək istəmədiklərini bildirdikdən sonra ABŞ ənənəvi ailə fotosessiyasını ləğv edib.
"Avropalı tərəfdaşlarımızın Lavrovla birgə fotosu olmayacaq, çünki dünən dediklərim hələ də qüvvədədir: Rusiya ilə normal münasibətlərdən söhbət gedə bilməz", - deyə Almaniya xarici işlər naziri Yohann Vadeful məsələ ilə bağlı Almaniya mediasına verdiyi açıqlamada bildirib.