BAKI, 30 oktyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Burhanettin Duran “X” hesabında bildirib.
Səfər zamanı ikitərəfli əlaqələr, Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə təhlükəsizlik vəziyyəti, eləcə də digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.