BAKI, 30 oktyabr. TELEQRAF

İrlandiya Şimali İrlandiya ilə mümkün birləşmənin öyrənilməsi və buna hazırlıqla məşğul olacaq dövlət orqanı yaradacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" ölkənin Baş naziri Mixol Martinin bəyanatına istinadən məlumat yayıb.

Yeni qurum müxtəlif ssenarilərin modellərini və çətinliklərini araşdıracaq. Bu ssenarilərə Şimali İrlandiyanın Birləşmiş Krallığın tərkibində qalması və ya vahid İrlandiyanın tərkibində öz muxtar statusunu saxlaması da daxildir. Martin təşəbbüsün həyata keçirilməsi istiqamətindəki ilk addımları ilin sonuna qədər hökumətə təqdim etmək niyyətindədir.

Baş nazir adanın gələcəyinin müzakirəsinə qərəzsiz yanaşmağın vacibliyini vurğulayıb və birləşmənin asan və qaçılmaz proses kimi təqdim edilməsini tənqid edib.