BAKI, 30 oktyabr. TELEQRAF
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Atlanta şəhərində keçirilən G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Qeyd edək ki, G20 Xarici İşlər Nazirləri Şurası 30-31 oktyabr tarixlərində Atlantada keçiriləcək. Diplomatik qurumlar rəhbərlərinin görüşü 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək G20 sammitinə hazırlıq çərçivəsində əsas tədbir olacaq.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun əvvəllər TASS-a verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitində şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərar verilməyib. ABŞ Prezidenti Donald Tramp Putini sammitdə görmək istədiyini bildirib. G20 sammiti Mayami yaxınlığındakı Doralda keçiriləcək.