BAKI, 30 oktyabr. TELEQRAF

Xarkov vilayətinin İzyum şəhərində 29 oktyabrda Rusiya hava hücumu nəticəsində ölənlərin sayı beşə çatıb və icma matəm günü elan edib.

Teleqraf xəbər verir ki, bu barədə İzyum icması sosial şəbəkədə məlumat yayıb.

"Düşmənin hava hücumu yerində aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində təəssüf ki, 5 nəfərin meyiti tapılıb. Daha 14 mülki şəxs müxtəlif dərəcələrdə yaralanıb. Düşmənin bu terror hücumu nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə şəhər hərbi administrasiyasının əmri ilə 31 oktyabr Matəm Günü elan edilib", - deyə məlumatda bildirilir.