BAKI, 3 iyul. TELEQRAF

İsrail ordusu Livanın cənubuna hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

Bildirilib ki, “Hizbullah” terror təşkilatının ən azı 10 obyektinə hücum edilib.

İsrail tərəfinin məlumatına görə, bu, “Hizbullah” tərəfindən atəşkəs sazişinin davamlı pozulmasına və Livanın cənubundakı təhlükəsizlik zonasında İsrail Müdafiə Qüvvələri əsgərlərinə hücumlara cavab olaraq həyata keçirilib.

“İsrail Müdafiə Qüvvələri əsgərlərinə və ölkənin mülki əhalisinə qarşı istənilən təhdidin qarşısını almaq üçün tədbirlər görməyə davam edəcək”, - açıqlamada vurğulanıb.