BAKI, 1 iyul. TELEQRAF
İsrail ordusu Qəzzanın şimalında HƏMAS hərəkatının hərbi qanadının dörd üzvünü məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər İsrail hərbçilərinə qarşı hücumlar hazırlayırmışlar. Zərərsizləşdirilənlər arasında bir taqım komandiri, bir snayper və tank əleyhinə bölmənin iki döyüşçüsü olub.
Bundan əlavə, ordunun endirdiyi zərbələr nəticəsində HƏMAS-ın İsrail qoşunlarına və mülki əhaliyə hücum hazırlamaq üçün istifadə etdiyi raket qurğuları sıradan çıxarılıb.