BAKI, 30 iyun. TELEQRAF
“Hörmüz boğazı ilə bağlı maraqlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyik”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
O bildirib ki, İran gəmilərin Hörmüz boğazından keçməsi üçün lazımi tədbirlər görmək məqsədilə Omanla məsləhətləşmələrimizi davam etdirəcək, Fransa da daxil olmaqla heç bir ölkənin bu məsələyə müdaxiləsinə isə ehtiyac yoxdur.
Bəqayi həmçinin ABŞ ilə anlaşma memorandumunun imzalanmasının təsirləri barədə də danışıb: “Anlaşma memorandumunun imzalanmasından sonra neft və neft məhsullarının satışı prosesi asanlaşdırılıb”.