BAKI, 29 iyun. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Press Agentliyi (SPA) məlumat yayıb.

Məlumata görə, tərəflər ABŞ və İran arasında imzalanmış anlaşma memorandumu ətrafında yaranan son vəziyyəti və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Liderlər regionda sabitliyin təmin edilməsi, həmçinin gəmiçilik azadlığının qorunması və gərginliyin azaldılması istiqamətində diplomatik səylərin dəstəklənməsinin vacibliyini vurğulayıblar.