BAKI, 26 iyun. TELEQRAF

“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ABŞ və İran arasında əldə olunmuş razılaşma çərçivəsində yaxın vaxtlarda Tehranın nüvə obyektlərində yoxlamalara başlayayacağına ümid edir”.

Teleqraf xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi deyib.

“Anlaşma memorandumda açıq şəkildə bildirilir ki, nüvə sahəsi nəzarət altında olacaq. Bu nəzarəti AEBA həyata keçirir. Nəzarətin təmin edilməsi üçün isə yoxlama aparılmalıdır, başqa yol yoxdur. Artıq texniki hazırlıq işlərinə başlanılıb, yaxın vaxtlarda yoxlamalara başlamağı planlaşdırırıq”, - o vurğulayıb.

İranda yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının yerləşdiyi obyektlər barədə danışan AEBA rəhbəri qeyd edib ki, bu resurslar 2025-ci ilin iyun ayından olduqları yerdə qalır:

“Əsas hissəsi Fordo obyektində, bir hissəsi isə Natanzdadır. Bizim qiymətləndirməmiz belədir, amma bunu təsdiqləmək üçün ilk növbədə həmin obyektlərə giriş əldə etməliyik”.

Qrossi xatırladıb ki, AEBA mütəxəssisləri 2025-ci ilin iyununda həyata keçirilən son səfər zamanı bütün bu materialı ölçüb, çəkib və möhürləyiblər: “Ona görə də növbəti addımı atmazdan əvvəl geri qayıdaraq möhürlərimizin salamat qalıb-qalmadığını, materialın hansısa hissəsinin yoxa çıxıb-çıxmadığını yoxlamalıyıq. Bu, bizim üçün birinci dərəcəli vəzifədir”.