BAKI, 18 iyun. TELEQRAF

“ABŞ-ni necə başa salmaq lazım olduğunu yaxşı bilirəm”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri, Tehranın ABŞ ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf deyib.

“Mən diplomat deyiləm, amma Amerikanı başa düşməsi üçün necə məcbur etməyi yaxşı bilirəm. Əgər qarşı tərəf öhdəliklərinə əməl etməsə və verdiyi sözə sadiq qalmasa, onda siz necə davranarsınızsa, biz də elə davranacağıq”, - o qeyd edib.