BAKI, 16 iyun. TELEQRAF

“MOSSAD-ın bundan sonra ancaq bir missiyası olmalıdır - İrandakı rejimi devirmək”.

Teleqraf xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri və “Evimiz İsrail” partiyasının sədri Aviqdor Liberman deyib.

“Əgər mən baş nazir olsaydım, MOSSAD direktorunu çağırıb söyləyərdim: “Bundan sonra başqa heç nə ilə məşğul olmursan, yalnız və yalnız rejimin devrilməsi ilə məşğul olursan”. Mən MOSSAD-ın bu istiqamətdə etdiyi cəhdlərdən xəbərdaram, çox zəif cəhdlər idi. Nə lazımi resurslarla təmin olunmuş dərin və sistemli fəaliyyət aparılıb, nə də dəqiq hazırlanmış iş planı olub”, - sabiq nazir vurğulayıb.

ABŞ və İran arasındakı razılaşmaya diqqət çəkən Liberman qeyd edib: “Hamımız ABŞ-İran razılaşmasının nəticələrini başa düşürük, ona görə də, bu siyasi fəlakətə cavab hazırlamalıyıq”.