BAKI, 16 iyun. TELEQRAF

ABŞ və İran arasında Tehranın nüvə proqramı ətrafındakı münaqişənin həlli ilə bağlı danışıqların yeni mərhələsi cümə günü Cenevrədə anlaşma memorandumunun imzalanması ilə başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

“İran və ABŞ arasında anlaşma memorandumu bazar günü yekunlaşdırılıb, tezliklə - çox güman ki, cümə günü daha sonra müəyyən ediləcək məkanda rəsmi olaraq imzalanacaq. Bununla İran və ABŞ arasında yekun razılaşmaya nail olmaq məqsədilə danışıqların yeni mərhələsi başlayacaq”, - o deyib.

İran xarici işlər naziri həmçinin qeyd edib: “Danışıqlar iki mərhələyə bölünüb; birinci mərhələdə müharibənin sona çatması, Hörmüz boğazı, dəniz blokadası, dondurulmuş vəsaitlərin buraxılması və yenidənqurma məsələsi qaldırılacaq, ikinci mərhələ isə nüvə məsələlərinə və 60 gün ərzində sanksiyaların ləğvinə həsr olunacaq”.

Xatırladaq ki, bundan əvvəl ABŞ, İran və vasitəçi Pakistan Vaşinqton və Tehran arasında hərbi əməliyyatların dayandırılması məqsədi daşıyan razılaşmanı təsdiqləyib. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.