BAKI, 10 iyun. TELEQRAF

“İsrail və ABŞ silahlı qüvvələri İrana girib zənginləşdirilmiş uran ehtiyatlarını çıxara bilərdi”.

Teleqraf xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri Yoav Qalant deyib.

“Zənginləşdirilmiş uranı hərbi əməliyyatla güc tətbiq edərək ələ keçirməli idik. Bu addım İranın nüvə proqramını kökündən sarsıdardı. Bildiklərimin təfərrüatına girmək istəmirəm, amma ABŞ və İsrail ordusunun buna imkanları vardı”, - sabiq nazir vurğulayıb.