BAKI, 6 iyun. TELEQRAF
İsrail Livanın suverenliyini və Vaşinqton danışıqlarında əldə olunmuş hərbi əməliyyatların dayandırılması barədə razılaşmaları pozur.
Teleqraf xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun deyib.
"Livan ordusunun patruluna endirilən bu zərbə atəşkəs razılaşmasına tamamilə ziddir və sabitliyin bərpası istiqamətində göstərilən səylərə ciddi zərbə vurur",- o qeyd edib.
C. Aun ölkəsinin öz torpaqlarını və xalqını müdafiə etmək məsələsində heç bir güzəştə getməyəcəyini vurğulayıb.