BAKI, 1 iyun. TELEQRAF

“İsrailin Livanda hərbi əməliyyatları dayandırması da İran və ABŞ arasında atəşkəsin şərtlərinə daxil idi, ona görə də Tehran əməliyyatların davam etdirilməsini atəşkəsin pozulması hesab edir”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“İran və ABŞ arasında atəşkəs qeyd-şərtsiz Livan da daxil olmaqla, bütün döyüş zonalarına şamil edilir. Onun istənilən cəbhədə pozulması bütövlükdə atəşkəsin pozulması deməkdir”, - nazir bildirib.

Əraqçi vurğulayıb ki, bu pozuntuların nəticələrinə görə məsuliyyət tamamilə ABŞ və İsrailin üzərinə düşür.