BAKI, 25 may. TELEQRAF

“Hörmüz boğazının idarə olunması regional ölkələr tərəfindən müəyyən ediləcək və ABŞ ilə mümkün razılaşma kontekstində müzakirə olunmur”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Razılaşmaya əsasən, Hörmüz boğazı üzrə məsələlərin təfərrüatlarını müzakirə etmirik. Boğazın idarə olunması sahilyanı ölkələrin məsuliyyətindədir”, - diplomat bildirib.