BAKI, 25 may. TELEQRAF
“İran hazırda Pakistanın vasitəçiliyi ilə ABŞ ilə müharibənin dayandırılması üzrə danışıqlar aparır”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Danışıqların əsas məqsədi müharibəyə son qoymaqdır və bu mərhələdə nüvə silahlarını (proqramını) müzakirə etmirik”, - Bəqayi bildirib.
Diplomat əlavə edib ki, İran və ABŞ hələ də yekun sülh müqaviləsi imzalamaqdan uzaqdırlar, amma tərəflər əksər məsələlərdə razılığa gəliblər:
“Düzdür, müzakirə olunan məsələlərin əksəriyyəti üzrə razılıq əldə edilib, amma heç kim bunun tezliklə imzalanacağı anlamına gəldiyini iddia edə bilməz”.
İsmayıl Bəqayi qeyd edib ki, danışıqlar prosesi ABŞ-nin mövqeyində tez-tez dəyişikliklər səbəbindən mürəkkəbləşir.