BAKI, 22 may. TELEQRAF
“İrana qarşı hərbi əməliyyatların yenidən başlaması region və bütün dünya üçün genişmiqyaslı mənfi nəticələrə səbəb olacaq”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Körfəz bölgəsində münaqişənin yenidən alovlanmasının və son günlərdə yenidən ritorikanın sərtləşməsinin həm Yaxın Şərq, həm də qlobal iqtisadiyyat və ticarət də daxil olmaqla, bütövlükdə dünya üçün mürəkkəb mənfi nəticələrə səbəb olacağı bəllidir. İran ətrafındakı vəziyyətin siyasi-diplomatik vasitələrlə həlli prosesinin irəliləməsinə yönəlmiş bütün vasitəçilik səylərini alqışlayırıq. Əsas aktorlar arasında birbaşa və dürüst dialoqun qurulmasını dəstəkləyirik”, - o bildirib.
Lavrovun sözlərinə görə, Rusiya İrana qarşı istənilən silahlı hücumun təkrarlanmasına qəti şəkildə qarşıdır.
Rusiya xarici işlər naziri əlavə edib ki, bölgədəki münaqişələr həll olunana qədər Yaxın Şərq qarışıqlıq içində qalacaq.