BAKI, 19 may. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı 12 qəsəbə və kənd üçün təxliyə xəbərdarlığı edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adri bildirib.

Ordu nümayəndəsi “Hizbullah” terror təşkilatının atəşkəs razılaşmasını pozduğunu və İsrail Müdafiə Qüvvələrinin buna sərt cavab verməyə məcbur olduğunu bildirib.

Aviçay Adri İsrail ordusunun mülki əhaliyə zərər vermək niyyətində olmadığını da vurğulayıb.