BAKI, 18 may. TELEQRAF
İsrail Müdafiə Qüvvələri Livanın Balbek şəhərində Fələstinin “İslami-Cihad” hərəkatının komandirlərindən birinin dəqiq zərbə ilə öldürüldüyünü açıqlayıb.
Teleqraf xəbər verir ki, söhbət Vail Mahmud Əbdül-Halimidən gedir.
Ordunun məlumatına görə, o, “İslami-Cihad”ın üzvlərini Livanda “Hizbullah”ın döyüş əməliyyatlarına inteqrasiya etməkdə və son həftələrdə İsrail Müdafiə Qüvvələrinin hərbçilərinə qarşı hücumlar hazırlamaqda məsul olub.