BAKI, 18 may. TELEQRAF

“İran Silahlı Qüvvələri istənilən ssenariyə hazırdır və düşmənə yeni sürprizləri olacaq”.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“İstənilən ssenariyə tam hazırıq. Silahlı Qüvvələrimizin son 40 gün (ABŞ və İsraillə müharibə) ərzində sübut etdiyi kimi, onların istənilən ehtiyatsız hərəkətinə mütləq bütün gücümüzlə cavab verəcəyik. Sizi əmin edirəm ki, Silahlı Qüvvələrimiz düşmənə yeni sürprizlər də təqdim edəcək”, - o, mətbuat konfransında bildirib.