BAKI, 21 aprel. TELEQRAF
“2025-ci ilin yayında hücuma məruz qalan İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranın çıxarılması uzun çəkəcək”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Dövlət başçısının sözlərinə görə, ABŞ-nin endirdiyi zərbələr İranın nüvə obyektlərinin tamamilə məhv edilməsi ilə nəticələnib.
“Buna görə də zənginləşdirilmiş uranın çıxarılması uzun və mürəkkəb proses olacaq”, - Tramp vurğulayıb.