BAKI, 20 aprel. TELEQRAF
“İran ABŞ ilə danışıqlarda qırmızı xətləri əvvəldən müəyyən edib, prinsipial mövqelərimiz dəyişməyəcək”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Biz milli maraqları təmin etmək üçün son tarixlər və ya ultimatumları qəbul etmirik. Ölkəmizi milli maraqlarımız tələb etdiyi müddətcə müdafiə etməyə davam edəcəyik”, - diplomat bildirib.
İsmayıl Bəqayi ABŞ və İsrailin yeni müharibəyə başlayacağı təqdirdə İran Silahlı Qüvvələrinin tam güclə cavab verməklə hədələyib.