BAKI, 17 aprel. TELEQRAF

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi davam edir.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda çıxışı zamanı deyib.

“Azərbaycanla koordinasiyalı şəkildə qonşumuz Ermənistanla münasibətlərimiz addım-addım irəli aparılır”, - dövlət başçısı qeyd edib.