BAKI, 17 aprel. TELEQRAF
“Dünya sərt qırılma və təhlükəli istiqamətlərlə üzləşib”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda çıxışı zamanı deyib.
“Bu gün dünya güc böhranı ilə yanaşı, istiqamət böhranı da yaşayır. Güc bölgüsü dəyişir. Rəqabət kəskinləşir, dərinləşir və daha dağıdıcı xarakter alır. İnsan hüquqları və qlobal təhlükəsizliyi qorumaqla vəzifəli mexanizmlər ən ağır hücumlar qarşısında təsirsiz qalır, hətta çox vaxt laqeyd davranırlar”, - dövlət başçısı bildirib.