BAKI, 15 aprel. TELEQRAF

ABŞ İranla atəşkəsin uzadılmasına rəsmi şəkildə razılıq verməyib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyinə ABŞ rəsmisi bildirib.

Mənbə həmçinin qeyd edib ki, İranla razılaşmaya nail olmaq üçün danışıqlar davam edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi də atəşkəsin uzadılması barədə razılaşmanın əldə edilməsi ilə bağlı mediada yayılan məlumatları təsdiqləməyib.

“Atəşkəsin uzadılması ilə bağlı fərziyyələrə gəlincə, bu təsdiqlənməyib. Pakistan vasitəçiliyi ilə danışıqlar davam edir”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın aprelin 7-də elan etdiyi atəşkəsin müddəti ayın 21-dəkdir.