BAKI, 14 aprel. TELEQRAF
Aprelin 17-də Fransa və Böyük Britaniyanın sədrliyi ilə keçiriləcək Hörmüz boğazı üzrə beynəlxalq konfransın iştirakçıları İranın bu su yolunu bloklaması səbəbilə ona qarşı iqtisadi sanksiyaların tətbiqini müzakirə edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Görüş iştirakçıları dörd işçi qrup yaradacaqlar. Bu qruplar çərçivəsində sanksiyalar, Bəsrə körfəzində bloklanmış gəmilərin durumu, müxtəlif sahə üzrə ekspertlərin iştirakı ilə Hörmüz boğazında naviqasiyanın bərpası və dəniz təhlükəsizliyi məsələləri müzakirə olunacaq.