BAKI, 30 oktyabr. TELEQRAF
Ermənistan və Hindistan arasında siyasi məsləhətləşmələrin 12-ci raundu keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi barədə razılığa gəliblər.