BAKI, 14 aprel. TELEQRAF
“BMT baş katibi Antonio Quterreşin rəhbərliyi ilə ABŞ, Rusiya, Çin, Türkiyə və Avropa İttifaqının iştirakı ilə Dünya Sülh Şurasının yaradılması tarixi zərurətdir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının parlament fraksiyasının iclasından sonra jurnalistlərə deyib.
MHP lideri ABŞ və İran arasındakı müvəqqəti atəşkəsi şərh edərkən, müharibənin davam edəcəyini bildirib:
“Trampın Hörmüz boğazının açılması şərtilə iki həftəlik atəşkəsi qəbul etdiklərini deməsi, eyni zamanda, müharibə hədəflərinə çatıldığını elan etməsi böhranın artıq masaya daşındığını göstərir. Silahların susması yalnız ara mərhələdir. Silahlar müvəqqəti olaraq susub, amma hesablaşma hələ bitməyib”.