BAKI, 11 aprel. TELEQRAF
İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların təşkili üçün intensiv səylər davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan rəsmisi “Al Jazeera”ya bildirib.
“Al Hadas”ın məlumatına görə isə ABŞ və İran Pakistan vasitəsilə - dolayı danışıqlar aparacaq. Dolayı danışıqlara üstünlük verən tərəf Tehrandır.
İranın “Fars” agentliyi də yazıb ki, İran və ABŞ arasında danışıqların formatı hələ dəqiqləşməyib.
Tehranın əvvəlcə Vaşinqtonla birbaşa danışıqlara üstünlük verdiyi bəyan edilsə də, son məlumata görə, hazırda İslamabadda olan İran nümayəndə heyəti bundan imtina edib. ABŞ və İran nümayəndələrinin məsələni Pakistan Baş naziri Şahbaz Şəriflə müzakirə etdikləri bildirilir.