BAKI, 11 aprel. TELEQRAF

İran İslamabadda ABŞ ilə danışıqların bir gün davam edəcəyini gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin mənbəsi qeyd edib ki, CNN-in Pakistanın paytaxtında danışıqların bir neçə gün davam edəcəyi barədə verdiyi informasiya yanlışdır:

“Plana görə, danışıqlar baş tutsa, çox güman ki, bir gün davam edəcək”.

***

10:37

İran nümayəndə heyəti Pakistan Baş naziri Şahbaz Şərif də daxil olmaqla, ilkin görüşlər zamanı danışıqlarla bağlı ABŞ-nin mövqeyini qiymətləndirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Tasnim” informasiya agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, Tehran Pakistan Baş naziri ilə görüşdə ABŞ-nin atəşkəs şərtlərini pozması məsələsini qaldıracaqlar.