BAKI, 10 aprel. TELEQRAF
İran tankerlərdən Hörmüz boğazından keçid üçün hər barel neft üçün bir dollar tranzit haqqı ödəməyi tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin yazdığına görə, Tehran bu məbləği rəqəmsal valyuta ilə ödəməyi tələb edir.
Mənbənin məlumatına görə, Tehranın bu addımı İranın 7,8 milyard dollarlıq kriptovalyuta sektorunun genişləndiyini göstərir. Çin mütəxəssislərinin fikrincə, bu sektorun yarıdan çoxu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən ticarətin maliyyələşdirilməsi, silah və malların alınması üçün istifadə olunur.
WSJ əlavə edib ki, İran Mərkəzi Bankı da ən azı 507 milyon dollarlıq “Tether” kriptovalyutası alıb.