BAKI, 16 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanı husilərə qarşı mübarizədə İsrailin yardım təklifini qəbul etməlidir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Məncə, onlar bunu qəbul edəcəklər. İsrail Səudiyyə Ərəbistanına çox kömək edib. İbrahim sazişləri Səudiyyə Ərəbistanı ilə yenidən gündəmə gəlib. Səudiyyə Ərəbistanı İsrailin və bizim dəstəyimizi almaqdan çox məmnundur".