BAKI, 16 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Syuzan Uaylsı vəzifəsindən azad etmək niyyətində olmadığını deyib.
Teleqraf xəbər verir ki, o, bununla bağlı yayılan məlumatları təkzib edib: "Syuzan bizimlə uzun müddət birlikdə olacaq".
Qeyd edək ki, "Politico" saytı mənbələrinə istinadən ABŞ Prezidenti Donald Trampın Ağ Evin aparat rəhbəri Syuzan Uaylsın vəzifəsindən kənarlaşdırılmasını ətrafı ilə müzakirə etdiyi barədə məlumat yayıb.