BAKI, 17 oktyabr. TELEQRAF

“The New York Times” qəzetinin üç mənbəyə istinadən verdiyi məlumata görə, Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəyə başladıqdan bir həftə sonra işdən çıxarılıb.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl jurnalistlərə açıqlamasında Zakariyanı bu vəzifədə xidmət etmək qərarını "yenidən nəzərdən keçirməyə" çağırdığını bildirmişdi. Trampın sözlərinə görə, o, həmçinin Zakariyadan soruşub: "Keti, buna ehtiyacın varmı? Düşünmürəm ki, buna ehtiyacın var".

Dünən "The Wall Street Journal" qəzeti Ağ Evin yeni mətbuat katibinin Pepperdine Universitetinin Hüquq Məktəbini bitirdikdən sonra Kaliforniya vəkillik imtahanından keçə bilmədiyini yazmışdı.