BAKI, 16 oktyabr. TELEQRAF

Mən Ukrayna üçün Starlink hərbi paketinin fəaliyyətinə qoyulan məhdudiyyətlərdə iştirak etmirəm.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

O, jurnalistlərin "Ukraynanın Starlinkı çıxışını kim məhdudlaşdırıb; siz yoxsa "SpaceX"in sahibi İlon Mask" sualına belə cavab verib:

"Bilmirəm, bu, kiminsə qərarı idi, çünki bu, mən deyildim. Və düşünmürəm ki, bu, İlon idi. Və başa düşdüyüm qədəri ilə hər şey əvvəlki kimi qalıb".

Xatırladaq ki, ötən gün Ukrayna hərbçiləri Starlinkə çıxışda problemlərlə qarşılaşıblar . Dronlar yüksək sürətlə uçduqda əlaqə kəsilib.

Daha sonra sürət həddinin 160 km/saat olduğu məlum oldu. Bu səbəbdən Ukraynaya məxsus pilotsuz təyyarələr reaktiv dronlara çata və onları vura bilməyib.

Bu fonda Ukrayna Prezidenti Volodimir Zelenski İlon Maska müraciət edərək, dinc ukraynalıların həyatının Starlinkdən asılı olduğunu deyib və məhdudiyyətləri aradan qaldırmağ a çağırıb.

İlon Mask da öz növbəsində Starlink sistemlərinin ABŞ ordusunun nəzarəti altında olduğunu bildirib. Onun sözlərinə görə, bu cür məhdudiyyətləri yalnız onlar tətbiq edə bilər.